XƏBƏRLƏR / Münaqişə

Antoni Blinken İrandan qisas almamağı xahiş edib

Mesaji çatdırmağa o, Qətərin hökumət başçısı və xarici işlər nazirindən xahiş edib

Antoni Blinken İrandan qisas almamağı xahiş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • CNN xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken İrana mesaj göndərərək, qətldən sonra qisas almamağı xahiş edib.

    Telekanalın həmsöhbətinin sözlərinə görə, Blinken Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani ilə söhbəti zamanı ondan bu mesajı İran tərəfinə və Hizbullaha çatdırmağı xahiş edib. Mənbənin qeyd etdiyi kimi, Qətər şeyxi ABŞ Dövlət katibinin tələbinin yerinə yetirilməsinə razılıq verib.