XƏBƏRLƏR / Münaqişə

İran Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirir

İclas zamanı İsrailə qarşı cavab planının hazırlanacağı gözlənilir

İran Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ali Milli Təhlükəsizlik Şurası İsrail Hərbi Hava Qüvvələrinin HƏMAS-ın siyasi lideri İsmayıl Həniyəni öldürən Tehrana endirdiyi zərbədən sonra fövqəladə iclas keçirir.

    Görüş zamanı İsrailə qarşı cavab planının hazırlanacağı gözlənilir. Cavan hərbi olacaq.

    Əl-Ərəbiyyə xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qaldığı iqamətgaha Tehran vaxtı ilə gecə saat 2 radələrində birbaşa raket zərbəsi endirilib.

    Haniyə və mühafizəçisi olduqları yerə birbaşa zərbə nəticəsində həlak olublar.

    HƏMAS İsraili bu qətldə günahlandırır, lakin İsrail hələlki bu ittihamlara münasibət bildirməyib.

    İran tərəfi isə hələ hansı tip raket və ya pilotsuz uçan aparatın istifadə edildiyi barədə məlumat verməyib.