ABŞ və İsrail SEPAH-ın Suriyadakı obyektlərini məhv edib
İranın terrorçu SEPAH təşkilatının Suriyadakı şəbəkəsi hədəfdədir
ABŞ ordusu Suriyanın şərqində SEPAH ilə əlaqəli hərbi qruplaşmalara zərbələr endirib. Belə bir cavab koalisiya bazasına dron hücumu ilə əsaslandırıldı. Bu barədə Pentaqonun direktoru Lloyd Ostin məlumat verib.
ABŞ Müdafiə Nazirliyinin bəyanatı cümə axşamı pilotsuz təyyarənin Koalisiya bazasındakı texniki xidmət obyektinə hücum etdiyini təsdiqləyir. Hadisə Hasəkə əyalətində qeydə alınıb. Suriyanın şimal-şərqində 1 əsgər həlak olub, 6 əsgər yaralanıb.
Amerika mənbələrinin məlumatına görə, PUA İran istehsalı olub.
Bu arada İsrail Hərbi Hava Qüvvələri Suriyada SEPAH-a məxsus silah-sursat anbarını məhv ediblər.