İsrail HHQ yenə Təbrizin ətrafını bombaladı FOTO
Təbriz sakinləri bu barədə videogörüntü paylaşırlar

Bu səhər İsrail Hərbi Hava Qüvvələri (HHQ) yenə Təbrizin ətrafındakı obyektləri bombalayıb.
"Planet Lab" şirkəti Təbrizin şimalında yerləşən raket bazasının geniş şəkildə məhv edildiyini təsdiqləyən peyk görüntülərini yayımlayıb.
Bildirilir ki, İsrail hava qüvvələrinin əraziyə hücumları hələ də davam edir.
Görüntülərdə dağılmış tikililər və hərbi texnika əks olunub.
İsrail ordusu daha əvvəl əməliyyatda İranın raket buraxılış qurğularının təxminən üçdə birinin məhv edildiyini bildirib.