Oman körfəzində İran sahillərinə yaxın ərazidə üç gəmi yanır
Iran Hörmüz boğazını bağlamayacaqlarına söz verib FOTO

12:05
İtaliyanın xarici işlər naziri və baş nazir müavini Antonio Tayani bildirib ki, İranlı həmkarı Abbas Araqçi ilə söhbəti zamanı sonuncu ona ticarət gəmiləri üçün Hörmüz boğazını bağlamayacaqlarına söz verib.
Bu barədə Tayani “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.
“İranlı nazirdən mən müsbət işarə aldım. O, mənə bildirdi ki, İran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə əngəl yaratmaq niyyətində deyil”, - italiyalı XİN rəhbəri bildirib.
Qeyd edək ki, Hörmüz boğazı dünyada tədarük olunan mayeləşdirilmiş təbii qazın (LNG) 30%-i və qlobal neft ixracının 20%-ə qədərinə cavab verir. Boğazdan gündəlik 20 milyon barelədək neft daşınır ki, bu da dünya üzrə ümumi həcmin təxminən beşdə birinə bərabərdir. Bundan əlavə, bu boğaz mühüm ticarət marşrutu hesab olunur.
***
11:35
Oman körfəzində İran sahillərinə yaxın ərazidə üç gəmi yanır.
Məlumata görə, yanan gəmilər Körfəz ölkələrindən neft və qaz ixracı üçün əsas marşrut olan Hörmüz boğazının yaxınlığında üzürmüş. İnsidentin səbəbləri açıqlanmır.
İranın ərazi sularında olan gəmilərə İsrail tərəfindən zərbələrin endirilməsi barədə rəsmi məlumat daxil olmayıb.