İranın ali dini lideri təhlükəsiz əraziyə təxliyə edilib
Bu barədə “Reuters“ məlumat yayıb
“Hizbullah” liderinin qətlindən sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei təhlükəsiz əraziyə təxliyə edilib.
Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl İsrail mediası Şeyx Həsən Nəsrullahın öldürülməsi barədə informsiya paylaşıb.
O da bildirilib ki, “Hizbullah” lideri ilə əlaqə sonuncu dəfə sentyabrın 28-də yaradılıb. İsrailin Beyruta aviazərbələrindən sonra Nəsrullah bir daha tərəfdarları ilə bağlantı qurmayıb.
Hələlik “Hizbullah” öz liderinin ölümünü nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, İsrail ordusu Nəsrullahın sentyabrın 27-də Beyruta hava hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.
Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəyə toplaşdığı zaman endirilib. Müşavirədə Həsən Nəsrullahın da iştirak etdiyi ehtimal olunur. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardan istifadə edilib.