XƏBƏRLƏR / Münaqişə

Dağıstan və Çeçenistana PUA hücumu olub

Rusiya mətbuatı bunu Ukraynanın Şimali Qafqaza hücumu ilə əlaqələndirir

Dağıstan və Çeçenistana PUA hücumu olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dağıstanda pilotsuz təhlükə rejimi demək olar ki, bir saat ərzində qüvvədə olub. Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov teleqram kanalında məlumat verib.

    “Vətəndaşların və obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Hakimiyyət orqanları operativ qərargah rejimində fəaliyyət göstərir”, - məlumatda deyilir.

    Region rəhbərinin sözlərinə görə, martın 2-də səhər saatlarında Dağıstan sərhədləri yaxınlığında pilotsuz uçuş aparatları aşkarlanıb. Pilotsuz təhlükə rejiminin elanından bir neçə dəqiqə sonra Melikov təhdid siqnalının ləğv edildiyini açıqlayıb.

    Bundan əvvəl Çeçenistanın paytaxtı Qroznıda, "Severnı" beynəlxalq hava limanında təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyulub. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
    “Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Təyyarənin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür - bu, əsas prioritetdir”, - deyə departamentdən bildirilib.