XƏBƏRLƏR / Münaqişə

Tramp İrana qarşı zərbələri təsdiqlədi

Bu barədə ABŞ Prezidenti Truth Social şəbəkəsində yazıb

Tramp İrana qarşı zərbələri təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerika lideri Birləşmiş Ştatların Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirdiyini bəyan edib. 

    Onun sözlərinə görə, bu hücum iranlıların boğazda dəniz minaları quraşdırmaq cəhdinə, eləcə də iranlıların ABŞ-nin İordaniyadakı hərbi bazası istiqamətinə 8 raket buraxmasına cavabdır.

    Tramp hədələyib ki, əgər İran ABŞ-nin hücumuna cavab versə, onu çox daha güclü və irimiqyaslı zərbələr gözləyir. 

    Amerika lideri əlavə edib ki, gələcəkdə ABŞ elə bir gücdə zərbə endirə bilər ki, İrandan "geriyə çox az şey qalar".

    Eyni zamanda, SEPAH nümayəndəsi bəyan edib ki, İran ABŞ-ni sərt şəkildə cəzalandıracaq və onlar "İran ərazisinə yeni zərbələr endirdiklərinə görə bərk peşman olacaqlar".