XƏBƏRLƏR / Münaqişə

İAEA: Zaporojye AES-i Rusiyanın işğalından azad olmalıdır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Rəhbərlər Şurası qərarı səs çoxluğu ilə qəbul edib

İAEA: Zaporojye AES-i Rusiyanın işğalından azad olmalıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İAEA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) Zaporojye Atom Elektrik Stansiyasını Ukraynanın nəzarətinə qaytarmağa çağırıb - medi.

    İAEA-nın Rəhbərlər Şurası səs çoxluğu ilə Rusiyadan Zaporojye AES-dən bütün icazəsiz personalın, o cümlədən hərbi personalın təcili olaraq çıxarılmasını və dərhal Ukraynanın nəzarətinə qaytarılmasını tələb edən qətnaməni dəstəkləyib.

    Qətnaməni 20 ölkə dəstəkləyib, iki nümayəndə heyəti əleyhinə (Rusiya və Çin) səs verib, 12 nümayəndə isə bitərəf qalıb.