XƏBƏRLƏR / Münaqişə

Xamenei öldürülərsə rəhbərlik Əli Laricaniyə həvalə ediləcək

Bu barədə "The New York Times" qəzeti İranın 6 yüksək vəzifəli məmuruna istinadən yazır

Xamenei öldürülərsə rəhbərlik Əli Laricaniyə həvalə ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "The New York Times" qəzeti İranın altı yüksək vəzifəli məmuruna və SEPAH üzvünə istinadən xəbər verir ki, Xameneiyə sui-qəsd hadisəsi baş verərsə, əsas qərarları Əli Laricaniyə həvalə edilib.

    Ali rəhbər Xamenei ABŞ ilə mümkün hərbi münaqişə qarşısında sui-qəsd və ölkənin idarəetmə sisteminin pozulması halında ehtiyat planının hazırlanmasını əmr edib.

    Xamenei əsas qərarların əlaqələndirilməsini parlamentin keçmiş spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib.

    Nəşrin mənbələrinə görə, Xamenei həmçinin adları açıqlanmasa da, üç mümkün varis namizədini müəyyən edib. Laricani onların arasında deyil, çünki o, dini xadim deyil və bu, Ali Rəhbər üçün tələbdir.

    Nəşrin məlumatına görə, Xamenei bəzi səlahiyyətləri etibarlı şəxslərin kiçik bir dairəsinə həvalə edib və həm hərbi komandanlıqda, həm də mülki administrasiyada çoxpilləli varislik sisteminin yaradılmasını əmr edib.

    Liderlər öz növbələrində Xamenei ilə əlaqənin kəsilməsi və ya onun ölümü halında dördə qədər mümkün müavin təyin etməlidirlər.