XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev xəbər verib FOTO

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

    Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

    “Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.

    Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.