Sülhməramlıların 14 maşını Laçın yolundan maneəsiz keçib
Azərbaycanlı ekofəallar ötən il dekabrın 12-dən Laçın yolunda aksiyaya başlayıblar
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər. Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 13 təminat-təchizat və 1 minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Xatırladaq ki, azərbaycanlı ekofəallar ötən il dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq aksiyaya başlayıblar.