HƏMAS İsraillə əsir mübadiləsi etməyə hazırdır
Bu barədə radikalların nümayəndəsi deyib

Fələstinin HƏMAS hərəkatı İsrail tərəfi ilə əsir mübadiləsi sazişi bağlamağa hazırdır.
Bu barədə radikalların nümayəndəsi Hazem Qassem Qətərin “Əl-Cəzirə” telekanalına bildirib.
“Həmas bütün əsirlərimiz müqabilində bütün əsirləri azad etməyə hazırdır” – hazem Qassem bildirib.
O, həmçinin qeyd edib ki, Həmas "öz gücünə və Fələstin xalqının müqavimət göstərmək qabiliyyətinə arxalanaraq hazırkı döyüşün öhdəsindən gələcəyini" gözləyir.