XƏBƏRLƏR / Münaqişə

İranın İsrailə hücumunu tamamlanmış hesab etmək olar

Bu barədə İranın BMT-dəki daimi Nümayəndəliyi bildirib YENİLƏNİB

İranın İsrailə hücumunu tamamlanmış hesab etmək olar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:47

    İran İsrailə hücumu “İsrailin təcavüzünə qarşı qanuni və əsaslandırılmış özünümüdafiə aktı” adlandırıb.

    Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Vanessa Freyzerə göndərdiyi məktubda deyilir (aprelin 1-də BMT Təhlükəsizlik Şurasına sədrlik Maltaya keçib - red.).

    Qeyd olunub ki, İran Birləşmiş Millətlər Təşkilatının məsul üzvü kimi qurumun nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş məqsəd və prinsiplərə sadiqdir, regionda gərginliyin artmasına və münaqişəyə can atmadığına dair ardıcıl mövqeyini bir daha bəyan edir.

    Bununla belə, İran xəbərdarlıq edib ki, “öz xalqını və maraqlarını istənilən təhlükədən qoruyacaq”.

    İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani

    ***

    08:17

    İsrailə hücum bu ölkənin hakimiyyətinin İranın Suriyadakı diplomatik obyektlərinə hücumuna qarşı başa çatmış cavab hesab etmək olar.

    Bu barədə İranın BMT-dəki daimi Nümayəndəliyi bildirib.

    İranın diplomatik missiyasının “X” səhifəsində qeyd olunur ki, “bu məsələ bitmiş hesab edilə bilər”. Daimi Nümayəndəlik qeyd edib ki, İsrailə pilotsuz təyyarələrin buraxılması bu ölkənin İranın Dəməşqdəki diplomatik obyektlərinə hücumuna cavabdır. Eyni zamanda vurğulanıb ki, İsrail hakimiyyətinin “daha ​​bir səhvi” olarsa, Tehranın cavabı “daha ​​sərt” olacaq.

    Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.