İsrail Tehrandakı Evin həbsxanasını vurdu
Orada minlərlə siyasi məhbus saxlanılıb, işgəncələrə məruz qalıb, öldürülüb

İsrail aviasiyası İranda repressiya və işgəncə simvolu sayılan Tehrandakı məşhur Evin həbsxanasını vurub.
Məhz orada minlərlə siyasi məhbus saxlanılıb, işgəncələrə məruz qalıb, öldürülüb.
İsrail Xarici İşlər Nazirliyi yayımlanan videonun altında fars dilində “Repressiyanın simvolu Evin qapısıdır” sözləri ilə yazıb.
Evin həbsxanası ölkənin ən təhlükəsiz həbsxanası kimi tanınır, burada əsasən 1979-cu il İslam İnqilabından sonra saxlanılan siyasi məhbuslar, jurnalistlər, fəallar və əcnəbi vətəndaşlar saxlanılır.
Eyni zamanda, SEPAH mənbələri İsrailin ABŞ-ın dünənki hücumlarının hədəfi olan Fordo nüvə obyektinə zərbələr endirdiyini bildirir.