Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 56 nəfərə çatıb
Bu barədə ölkənin Həkimlər Komitəsi məlumat yayıb
Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda ölənlərin sayı 56-ya çatıb, daha 595 nəfər yaralanıb.
Bu barədə ölkənin Həkimlər Komitəsi məlumat yayıb.
Bildirilib ki, təkcə Xartumda 25 nəfər həlak olub, 302 nəfər yaralanıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.
Qeyd edək ki, xüsusi təyinatlılar vahid orduya birləşmək ideyasını dəstəkləmir. Eyni zamanda silahlı qüvvələrə rəhbərlik edəcək şəxsin mülki və ya hərbçi olması ilə bağlı fikir ayrılığı mövcuddur.
Aprelin əvvəlində tərəflər arasında imzalanmalı olan müqavilə fikir ayrılıqları səbəbindən iki dəfə təxirə salınıb. Aprelin 12-dən 13-nə keçən gecə Sudan ordusu Merove şəhərini tərk etmələri barədə xüsusi təyinatlılara ultimatum irəli sürüb.