XƏBƏRLƏR / Münaqişə

İsrail Qəzzaya qurudan hücum hazırlığını davam etdirir

İsrail son günlərdə Qəzza sərhədinə on minlərlə əsgər yerləşdirib

İsrail Qəzzaya qurudan hücum hazırlığını davam etdirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail ordusu Qəzzaya qurudan hücuma hazırlığı və təlimləri davam etdirir.

    "Times of Israel" xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına gözlənilən quru hücumuna hazırlaşmağa davam etdiyini və "döyüşlərin genişləndirilməsi planları"nın son günlərdə təsdiqləndiyini bildirib: "Qoşunlar təsdiq edilmiş əməliyyat planlarına uyğun olaraq təlimlər keçirir".

    Rəsmilərin tezliklə başlayacağını dediyi qurudan hücumdan əvvəl İsrail son günlərdə Qəzza sərhədinə on minlərlə əsgər yerləşdirib.