BQXK-nın səkkiz avtomobili Laçın istiqamətinə gedib
Avtomobllərin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub
Ekoaksiyanın iştirakçıları martın 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar. Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus bir yük və yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.