Qəzzada atəşkəs müddəti uzadıldı
Bu barədə hər iki tərəfin teleqram kanalları məlumat yayıb

İsrail Müdafiə Qüvvələri və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadıldığını açıqlayıb.
Bu barədə hər iki tərəfin teleqram kanalları məlumat yayıb.
“Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və çərçivə sazişinin şərtlərinə uyğun olaraq, əməliyyatın dayandırılması davam edəcək”, - İsrail Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
HƏMAS atəşkəs müddətinin bir gün uzadıldığını qeyd edib.