Ermənilər Arazdəyənin güya atəşə tutulduğunu deyirlər
Bir az əvvəl Naxçıvan sərhədindən 300 m aralıda yerləşən qanunsuz tikilidə ermənilər ABŞ bayrağı qaldırmışdılar
Müdafiə Nazirliyi təkzib edir: "İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil".
Qeyd edək ki, ekoloji cəhətdən zərərli olan zavodun Naxçıvan sərhədində tikilməsinə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi etiraz bəyanatı vermişdi.
O ki qaldı ABŞ bayrağına, zavodun təsisçılərindən biri erməni əsilli ABŞ vətəndaşıdır və bundan sui istifadə edərək Amerika bayrağını qaldırıb. Lakin rəsmi Vaşinqtonun müəssisəyə dəxli olmadığından, ABŞ-ın İrəvandakı səfirliyi mərasimdə iştirak etməkdən imtina edib.