İsrailin zərbələri nəticəsində Livanda ölü sayı 550-yə çatıb
Bu barədə BBC xəbər verir
15:15
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-dən 550-yə yüksəlib, 1800 nəfər yaralanıb.
Bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad mətbuat konfransında bildirib.
“Qurbanlar arasında 50 uşaq və 94 qadın var. 4 təcili tibbi yardım işçisi də həlak olub, onların maşınları hava zərbələrinə məruz qalıb”, - deyə o bildirib.
***
08:12
Sentyabrın 23-də İsrailin hava hücumları nəticəsində Livanda ölənlərin sayı 492-yə çatıb.
BBC xəbər verir ki, hadisə nəticəsində azı 1645 nəfər xəsarət alıb.