XƏBƏRLƏR / Münaqişə

Rusiyada dəmir yolu körpüsündə partlayış baş verib FOTO

Körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlara ziyan dəyməyib

Rusiyada dəmir yolu körpüsündə partlayış baş verib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyada dəmir yolu körpüsündə partlayış baş verib.

    Hadisə Samara vilayətində qeydə alınıb. Bu gün səhər saatlarında naməlum şəxslər Zvezda-Çapayevsk dəmir yolu hissəsində körpünün dayaqlarını sındırmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlara ziyan dəyməyib.

    Samara vilayətində dəmir yolu körpüsünün zədələnməsinə səbəb partlayıcı qurğunun işə salınması olub

    Yerli sakinlər bildiriblər ki, partlayış səhər saat 6 radələrində baş verib. 

    Hazırda Moskvadan gələn dörd sərnişin qatarı və bir elektrik qatarı dayandırılıb.

    Partlayış baş verən ərazidə xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri işləyir. Ölən və yaralananlar barədə məlumat yoxdur.