İsraildə Netanyahu hökumətinə qarşı etirazlar FOTO
Sabaha ümummilli tətil elan edilib

İsraildə etirazlar davam edir.
681 gün əsirlikdə saxlanılan 50 girovun müdafiəsi üçün ümummilli tətil elan edilib.
Tətil iştirakçıları hakimiyyətdən HƏMAS ilə müqavilə imzalamağı və girovları geri qaytarmağı tələb edirlər.
Etirazçılar Qüdsdən Tel-Əvivə gedən tuneli bağlayıb, polis insanları güclə dağıdıb.
İsrail polisinin mətbuat xidməti ölkə üzrə asayişi pozan 32 nəfərin həbs edildiyini bildirir.
Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi belə məlumat yayıb:
“İsrail yalnız bütün girovlar eyni anda azad olunarsa və müharibənin başa çatdırılması ilə bağlı İsrail prinsiplərinə uyğun şərtlər daxilində razılaşmanı nəzərdən keçirməyə hazırdır”.