"Mossad"ın rəhbəri İranı müzakirə etmək üçün ABŞ-a gəlib
Bu barədə İsrailin 12-ci kanalı mənbələrə istinadən məlumat yayıb
İsrail kəşfiyatı "Mossad"ın rəhbəri David Barnea İrandakı etirazlar və ABŞ-ın mümkün hərbi əməliyyatları fonunda məsləhətləşmələr aparmaq üçün ABŞ-a səfər edib.
Bu barədə İsrailin 12-ci kanalı mənbələrə istinadən məlumat yayıb.
Barneanın İranın xarici işlər naziri Abbas Araqçi ilə əlaqə saxlayan Ağ Evin sözçüsü Stiv Vitkoffla görüşməsi planlaşdırılır.
Qeyd olunur ki, Barneanın həftəsonu prezident Trampla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.
1 dəqiqədən az