ABŞ və İsrail İrana zərbələr endirir YENİLƏNİR/FOTO/VIDEO
ABŞ və İsrail Iranda yüzlərlə hərbi hədəf vurub
17:48
İsrail Müdafiə Qüvvələri (IDF) İranın qərbində raket hazırlayan hərbçilərə və döyüşə hazır vəziyyətə gətirilmiş buraxılış qurğusuna endirilən zərbələri əks etdirən yeni VİDEO yayıb.
Müdafiə Qüvvələrinin məlumatına görə, İsrailə qarşı dərhal hücum üçün hazır vəziyyətə gətirilmiş xeyli sayda ballistik raket buraxılış qurğusu zərərsizləşdirilib.
Bundan əlavə, bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın qərbində buraxılış qurğusunu silahlandıran İranın ballistik raket bölməsinin hərbçilərinə zərbə endirib.
***
16:14
İsrail Müdafiə Qüvvələri (IDF) İranın qərbində yüzlərlə hərbi hədəfə zərbə endirildiyini açıqlayıb.

IDF-dən bildirilib ki, əməliyyat zamanı İranın raket buraxılış qurğuları da daxil olmaqla, müxtəlif hərbi obyektlər vurulub.

IDF bu səhər həyata keçirilən hücumların görüntülərini də yayıb.
***
12:40
ABŞ və İsrail təyyarələri İranın qərbindəki ballistik raket obyektlərinə zərbələr endirir.

***
Ch12-nin məlumatına görə, ikinci hücum dalğası zamanı İranda onlarla İslam Dövləti hədəfinə hücum edilib. Cəmi 30 zərbə endirilib.

Bunun Amerika-İsrail birgə əməliyyatı olduğu bildirilir.

***
İsrailin müdafiə naziri İsrael Katzın "Channel 12"-yə verdiyi məlumata görə, İsrail İrana qarşı qabaqlayıcı hücum həyata keçirdiyini açıqlayıb.

Yerli Fars xəbər agentliyinin verdiyi məlumata görə, Tehranda üç partlayış baş verib.

1 dəqiqə