XƏBƏRLƏR / Münaqişə

Kəlbəcər və Gədəbəy atəşə tutuldu

Müdafiə Nazirliyinin məlumatı

Kəlbəcər və Gədəbəy atəşə tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.