Şoyqu Dağıstan hadisələrinə görə Çindən tez qayıdıb
Bu barədə "Baza" öz mənbələrinə istinadən məlumat yayıb
Rusiya müdafiə naziri Sergey Şoyqu Dağıstandakı iğtişaşlara görə Pekin səfərindən tez qayıtmağa məcbur olub.
Bu barədə "Baza" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Mahaçqalada hava limanında iğtişaşlarla bağlı Rusiya Prezidenti Vladimir Putinin keçirəcəyi müşavirəyə görə Sergey Şoyqu təcili Pekindən Moskvaya uçmalı olub.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bu gün Vladimir Putinin Dağıstanda iğtişaşlar mövzusunda müşavirə keçirəcəyini və orada Qərbin Yaxın Şərqdəki münaqişədən Rusiya daxilindəki vəziyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə edəcəyini söyləyib.
"Baza"nın mənbələrinin məlumatına görə, müşavirədən müdafiə naziri Sergey Şoyqu da iştirak etməlidir. Lakin onun iştirakını Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda olmağı çətinləşdirib.
Ona görə də Rusiya MN başçısı forumda çıxış etdikdən sonra təcili olaraq geri Moskvaya uçmalı olub.