XƏBƏRLƏR / Münaqişə

Sülhməramlıların daha 8 avtomobili aksiya ərazisindən keçib

Gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 23-ə çatıb

Sülhməramlıların daha 8 avtomobili aksiya ərazisindən keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus beş təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, yanacaqdaşıyan iki nəqliyyat vasitəsi də Xankəndi istiqamətində hərəkət edib.

    Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 23-ə çatıb.