XƏBƏRLƏR / Münaqişə

Rusiyanın "Vaqner" Özəl Hərbi Kompaniyası məhv edilib VİDEO

 Malidə baş verən şiddətli döyüşlərdə ruslar güllələnib və əsir götürülüb

Rusiyanın "Vaqner" Özəl Hərbi Kompaniyası məhv edilib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  •  Malidə hökumət qoşunları ilə Rusiya Özəl Hərbi Kompaniyasından müttəfiq muzdluları arasında Tuareq separatçıları ilə şiddətli döyüşlər nəticəsində "Vaqner" kolonunun 20-yə yaxın muzdlusu öldürülüb. VIDEO

    Malidə baş verənlərin bəzi təfərrüatları məlum olub.

    Belə ki, “Vaqner” yaraqlılarının kalonu qum fırtınası zamanı Mali hökumət qoşunlarına kömək etmək üçün hərəkət edirdi və tuareq islamçılarının pusqusuna düşüb. Aviasiya qumun qalxması səbəbindən vaqneritlərə hava dəstəyi verə bilməyib və Mi-24 helikopteri Tuareqlər tərəfindən vurulub.

    "Vaqner" kolonunun bir hissəsi, eləcə də Mali Silahlı Qüvvələrinin əsgərləri separatçılar tərəfindən əsir götürülüb. İddialara görə, 80-ə yaxın rus öldürülüb, 15 nəfər isə əsir götürülüb. Məhkumlar arasında Yevgeni Priqojinin komandirlərindən biri Lotus da olub. O, artıq "Vaqner'lilərin qalan hissəsi ilə birlikdə satın alınıb.

    Rusiyanın Z-kanalları yazır ki, “hərbi müxbir” “Gray Zone” teleqram kanalının müəllifi Nikita Bely döyüşlərdə həlak olub.

    Ölən və yaralanan rus muzdlularının videoları internetdə yayılıb.