"İslam Dövləti" terror qruplaşmasının lideri məhv edilib
Türkiyə kəşfiyyatı Suriyada xüsusi əməliyyat keçirib
Türkiyə kəşfiyyatı Suriyada "İslam Dövləti" terror qruplaşmasının lideri Əbu əl-Hüseyn əl-Qureyşi məhv edib. Bunu bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Türk telekanalının efirində bildirib.
“Türkiyə milli kəşfiyyatı uzun müddətdir İŞİD lideri Əbu əl-Hüseyn əl-Qureyşini izləyir. Bu şəxs dünən Suriyada Türkiyə kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində məhv edilib”, - deyə Ərdoğan bildirib.