XƏBƏRLƏR / Münaqişə

Moskva Polşa sərhədini keçən PUA-lar haqda danışmaq istəmir

Rusiya prezidentinin sözçüsü Peskov jurnalistləri Müdafiə nazirliyinə, Varşavadakı rus diplomatı isə Ukrayna tərəfinə yönəldiblər

Moskva Polşa sərhədini keçən PUA-lar haqda danışmaq istəmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kreml Polşa sərhədini keçən pilotsuz təyyarələrlə bağlı vəziyyəti şərh etməkdən imtina edib. Bu haqda Rusiya prezidentinin mətbuat katıbi Dmitri Peskov danışıb:
    "Bütün suallar Müdafiə Nazirliyinədir. PUA-larla bağlı vəziyyət fonunda Polşa rəhbərliyindən əlaqə üçün heç bir sorğu almamışıq. Mümkün sorğularla bağlı hər hansı məlumat həqiqətə uyğun deyil".

    Rusiyanın Varşavadakı müvəqqəti işlər vəkili Andrey Ordaş isə jurnalistlərə bildirib ki, "Polşanın iddia etdiyi pilotsuz təyyarələr Ukrayna tərəfdən uçub gəlib."