XƏBƏRLƏR / Münaqişə

Tailand və Kamboca arasında atəşkəs elan olunub

Bu barədə Malayziya hökuməti məlumat verib

Tailand və Kamboca arasında atəşkəs elan olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.

    Bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat verib.

    Onun sözlərinə görə, Malayziyada əldə olunun atəşkəs bu axşamdan etibarən qüvvəyə minəcək.

    Xatırladaq ki, son günlər Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub, ümumilikdə 300 mindən çox adam yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.