Rusiya Ermənistanda yenə çevriliş etmək istəyir?
Son vaxtlar rusiyameyilli güvvələrin aktivləşməsi müşayiət olunur
Hərbi cani Serjik Sarqsyan və onun əlaltıları son 2 gündə Nikol Paşinyan hakimiyyətinə qarşı kəskin çıxışlar edir. Serjik ölkədə hərcmərclik hökm sürdüyünü və ordunun yazıq vəziyyətdə olduğunu vurğulayır.
Müsahibələrin birində o bildirib ki, "Ermənistan ordusunu nəinki sürücülük vəsiqəsi olmayan, hətta maşın sürməyi də bilməyən insanlar idarə edir. Belə olan halda avtomobil qaçılmaz olaraq baş vermiş uçuruma yuvarlanacaq.
“Hakimiyyət 2023-cü ildə dolların 1994, 2004 və ya 2014-cü illərdə olduğu kimi olmadığını unudaraq, böyük müdafiə xərcləri ilə öyünür” Sarqsyan deyib.