XƏBƏRLƏR / Münaqişə

Ukrayna Prezidenti Volodimir Zelenski Fransaya gedib FOTO

Parisdə 35 ölkədən nümayəndə heyətlərinin iştirakı ilə "Könüllülər Koalisiyası"nın sammiti keçiriləcək YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Fransaya gedib FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:15

    Yelisey Sarayında Volodimir Zelenski və Emmanuel Makron arasında ikitərəfli görüş başlayıb, ardınca Stiv Uitkoff və Cared Kuşnerlə birgə danışıqlar aparılıb.

    ***

    17:07

    ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner “İstəklilər Koalisiya”sının sammitində iştirak etmək üçün Yelisey Sarayına gediblər.

    Bu bardə “Reuters“ məlumat yayıb.

    Ukrayna Prezidenti Volodimir Zelenski də tədbirdə iştirak etmək üçün  Parisdədir.

    Məlumata görə, Paris sammitinin layihə sənədinə əsasən, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın gələcək mümkün silahlı hücumu zamanı sülhün bərpası məqsədilə Kiyevə dəstək verilməsinə dair məcburi öhdəlikləri əhatə edəcək.

    Sənəddə qeyd olunur ki, bu öhdəliklər hərbi imkanlardan istifadəni, kəşfiyyat və logistika dəstəyini, diplomatik təşəbbüsləri, həmçinin əlavə sanksiyaların tətbiqini ehtiva edə bilər. Bəyanat koalisiya liderlərinin Parisdə keçiriləcək sammitində təsdiqlənməlidir.

    Reuters“in bildirdiyinə görə, sammitdə 27-dən çox ölkənin liderləri iştirak edəcək. Görüşün əsas mövzularından biri atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya “çoxmillətli qüvvələrin” yeridilməsinin təmin edilməsi, bu prosesin Kiyevlə koordinasiyası və ABŞ-ın dəstəyi ilə həyata keçirilməsi olacaq. Bundan əlavə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi də müzakirə ediləcək.

    ***

    16:24

    Ukrayna Prezidenti Volodimir Zelenski "Könüllülər Koalisiyası" sammitində iştirak etmək üçün Parisə səfər edib.

    Makron Zelenskini Stiv Uitkoff və Cared Kuşnerlə birlikdə Yelisey Sarayında şam yeməyinə dəvət edəcək.

    Zirvə toplantısında 35 ölkədən nümayəndə heyətləri iştirak edəcək ki, bunlardan 27-si dövlət və ya hökumət başçıları, eləcə də NATO və Aİ liderləri ilə təmsil olunur.