XƏBƏRLƏR / Münaqişə

Bayden Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi

Rusiya Federasiyasına dəstək verdiyi üçün təxminən 100 şirkətə ixrac məhdudiyyətləri tətbiq ediləcək

Bayden Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tədbiri tətbiq edir, Co Bayden Ağ Evin yaydığı bəyanatda bildirib.

    Sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci ildönümü və müxalifət lideri Aleksey Navalnının ölümününə təsadüf edir.

    Pezident Co Bayden ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni sanksiyaların bir hissəsi olaraq, enerji resurslarından əldə etdiyi gəlirləri "azaltmaq" üçün hərəkətə keçəcəyini söylədi.

    Bundan əlavə, ABŞ Rusiya Federasiyasına dəstək verdiyi üçün təxminən 100 şirkətə ixrac məhdudiyyətləri tətbiq edir, Bayden bildirib.

    Ağ Evin məlumatına görə, Bayden ABŞ-ın Rusiya Federasiyasına qarşı 500-dən çox sanksiya tətbiq etdiyini də təsdiqləyib.