PAKİSTAN-İRAN gərginliyi YENİLƏNİR
Pakistan İrandakı səfirini geri çağırıb, SQ komandanlığı İrana necə cavab verəcəyini müzakirə edir

17:30
İslamabad mediyası İranın Pakistan ərazisinə raket hücumu nəticəsində öldürdüyü azyaşlı uşaqların fotolarını dərc edib
***
16:55
İslamabadın Tehranın iki uşağın ölümü ilə nəticələnən hava hücumu həyata keçirdiyini haqda bəyanatından sonra Çin Pakistan və İrandan "təmkin" göstərmələrini xahiş edib.
"Biz hər iki tərəfi təmkinli olmağa, gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə və sülh və sabitliyi qorumaq üçün birlikdə işləməyə çağırırıq", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.
***
16:20
Pakistan Silahlı Qüvvələrinin komandanlığı toplantı keçirir və İrana necə cavab verəcəyini müzakirə edir.
Bu dəqiqə Pakistanda ordu komandanlığının fövqəladə iclası başlayıb, orada İranın ölkə ərazisinə raket hücumuna cavab variantları müzakirə edilib.
***
İslamabad öz səfirini Tehrandan geri çağırıb. Bu SEPAH-ın Pakistan ərazisinə balistik raket hücumundan sonra baş verib.
"Pakistan öz ərazisinə edilən hücumu qanunsuz hesab edir və cavab vermək hüququnu özündə saxlayır", - Pakistan Xarici İşlər Nazirliyi bildirib.
Pakistan XİN sözçüsü Mümtaz Zəhra Bəluç əlavə edib ki, İslamabad ölkənin suverenliyinin pozulmasından sonra Tehranla bütün yüksək səviyyəli diplomatik mübadilələri dayandıracaq və hazırda İranda səfərdə olan İranın Pakistandakı nümayəndəsini ölkəyə geri buraxmayacaq.