ABŞ Qərbi Azərbaycana aviazərbələr endirdi
Bu barədə İRİB informasiya agentliyi xəbər verir
ABŞ İranın Qərbi Azərbaycan əyalətində yerləşən yaşayış olmayan əraziyə zərbə endirib.
Qərbi Azərbaycan əyalətinin Böhranların İdarəolunması Mərkəzi bildirib ki, mərmi yaşayış və tikili olmayan sahəyə düşüb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, eskalasiya zamanı ABŞ İran daxilində hərbi infrastruktura, sahil müşahidə sistemlərinə, raket buraxıcılarına və PUA-lara, dəniz aktivlərinə və logistika obyektlərinə hücumlar həyata keçirib.
Bildirilib ki, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Qeyd olunub ki, hadisə yerinə operativ qruplar cəlb edilib və hazırda baş verən hadisənin təfərrüatları araşdırılır.
1 dəqiqədən az