XƏBƏRLƏR / Münaqişə

Rusların nəqliyyatı ekoaksiyadan keçib

Rusiya sülhməramlılarına aid avtomobillərin Laçın-Xankəndi yolundan keçidi təmin olunub

Rusların nəqliyyatı ekoaksiyadan keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün də Rusiya sülhməramlılarına aid avtomobillərin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.

    Səhər saatlarında sülhməramlılara məxsus 2 yük, 2 minik avtomobili olmaqla 4 avtomobil Xankəndidən gələrək Laçın istiqamətinə gedib.

    Ekoaksiyanın 76-cı günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

    Xatırladaq ki, bundan öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid 5 avtomobil Xankəndidən Laçına gedib.