XƏBƏRLƏR / Münaqişə

Trampa İranla müharibədə məhdudiyyət qoyuldu

ABŞ Nümayəndələr Palatası bu barədə qətnamə qəbul edib

Trampa İranla müharibədə məhdudiyyət qoyuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Nümayəndələr Palatası Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.

    Qətnaməni Konqresin 215 üzvü dəstəkləyib, 208 üzvü isə əleyhinə çıxıb.

    Bu sənəd "Prezidentdən Konqres tərəfindən icazə verilmədiyi təqdirdə ABŞ hərbi qüvvələrini İrana qarşı hərbi əməliyyatlardan geri çəkməsini tələb edir". İstisnalar "Amerikanın, müttəfiqin və ya tərəfdaşın qaçılmaz hücumdan müdafiəsi" hallarında tətbiq olunur.

    Qətnamə sonradan Senat tərəfindən təsdiqlənərsə, qüvvədə qalacaq.