Ermənistan Rusiyanın "Sputnik" radiosunu 30 günlük bağladı
"Sputnik Armenia" radiosu həm də 1200 dollar cərimə edilib

Ermənistan tənzimləyicisi "Sputnik Armenia" radiosunu bir ay müddətinə efirdən məhrum edib.
Ölkənin Televiziya və Radio Komissiyası Ermənistan Respublikasının qanunvericiliyini pozduğuna görə "Sputnik Armenia"nın yayımçısı olan “Tospa” radiostansiyasının lisenziyasını 30 gün müddətinə ləğv edib. Komissiya başqa bir qərarında yayımçını 500 min dram (təxminən 1200 dollar) cərimələyib.
Buna səbəb "Tiqran Keosoyanla Cümə" və "Abovyan Time" verilişi olub. Televiziya və Radio Komissiyası hesab edir ki, müəlliflər “ölkənin və xalqın şərəf və ləyaqətinə ironik və alçaldıcı ifadələr işlədib".