XƏBƏRLƏR / Münaqişə

Pakistan ABŞ-la İran arasında vasitəçiliyi davam etdirir

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İranın XİN rəhbəri Abbas Əraqçi ilə yenidən görüşüb

Pakistan ABŞ-la İran arasında vasitəçiliyi davam etdirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İranın xarici işlər naziri Abbas Əraqçi ilə daha bir görüş keçirib. İranın "Tasnim" xəbər agentliyinin məlumatına görə, tərəflər ABŞ ilə münaqişənin həllinə yönəlmiş təkliflər paketini yenidən nəzərdən keçiriblər.

    Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio İranla müharibənin sona çatmasında sürətli irəliləyişin olacağına ümid etdiyini bildirmiş və İslamabadın sülh sazişinin irəliləməsində vasitəçi kimi mühüm rolunu vurğulamışdı.
    "İnanıram ki, Pakistan nümayəndə heyəti bu gün Tehrana yola düşəcək. Ümid edirəm ki, bu, prosesi daha da irəli aparacaq", - Rubio cümə axşamı jurnalistlərə bildirib.

    Qeyd edək ki, İrana Pakistan feldmarşalı Munirin səfəri elan olunsa da, son məqamda onu Nəqvi əvəz edib. Ekspertlər hesab edir ki, tərəflərin razılaşmadan çox uzaq olduqlarına görə Munir öz nüfuzu ilə risk etməməyə üstünlük verib.