XƏBƏRLƏR / Münaqişə

İran Müctəbanın adından ABŞ-ın atəşkəs təklifini rədd edib

Bu barədə anonim iranlı rəsmi “Reuters“ə danışıb

İran Müctəbanın adından ABŞ-ın atəşkəs təklifini rədd edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin adından ABŞ-la gərginliyin azaldılması və atəşkəsin əldə olunması ilə bağlı təklifləri rədd edib.

    Bu barədə anonim iranlı rəsmi “Reuters“ə danışıb.

    Bildirilib ki, təkliflər iki vasitəçi ölkə tərəfindən Tehrana çatdırılıb.

    Mənbə Müctəba Xameneinin ABŞ və İsrailə qarşı qisas hissinin “çox möhkəm və ciddi” olduğunu vurğulayıb.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İran tərəfinin danışıqlar və razılaşmaya görə Birləşmiş Ştatlara müraciət etdiklərini bəyan etmişdir.