XƏBƏRLƏR / Münaqişə

BQXK-nın 6 avtomobili Laçın-Xankəndi yolundan keçdi FOTO

Avtomobillərin içində erməni əsilli şəxslər olub

BQXK-nın 6 avtomobili Laçın-Xankəndi yolundan keçdi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar. Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 5-i minik, 1-i isə yük avtomobili olmaqla, 6 avtomobil ərazidən maneəsiz keçib. BQXK-yə məxsus avtomobillərin içində erməni əsilli şəxslər olub.

    Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

    Qeyd edək ki, Qarabağda qanunsuz ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 38 gündür davam edir.