XƏBƏRLƏR / Münaqişə

HƏMAS israilli girovları oktyabrın 13-də azad edəcək

Bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib

HƏMAS israilli girovları oktyabrın 13-də  azad edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın oktyabrın 13-də israilli girovları azad etməyə başlayacağını bildirib.

    "Bu, Qəzzadan daha böyükdür. Bu, Yaxın Şərqdə sülhdür", - Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

    ABŞ Prezidenti qeyd edib ki, Qəzza gələcəkdə "dinc və çox daha təhlükəsiz yer" olacaq və Birləşmiş Ştatlar onun təhlükəsizliyinin və rifahının təmin edilməsində rol oynamağa davam edəcək.

    "Bölgədəki digər ölkələr onlara yenidən qurmağa kömək edəcəklər, çünki onların böyük sərvətləri var və onlar bunun baş verməsini istəyirlər. Biz də onların uğur qazanmasında və sülhün qorunmasında yardımçı olacağıq", - Tramp deyib.

    O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə bir neçə saat əvvəl danışdığını təsdiqləyib.

    "Mən ona dedim ki, "İsrail bütün dünya ilə müharibəyə apara bilməz, Bibi. Onlar dünya ilə müharibəyə başlaya bilməzlər. Və o (Benyamin Netanyahu) bunu çox yaxşı başa düşür", - Tramp bildirib.

    • HƏMAS-ın mənbəsi AFP-yə deyib: Sağ qalan girovlar müqavilənin qüvvəyə minməsindən sonra 72 saat ərzində 2000-ə yaxın fələstinli məhbusun əvəzində azad ediləcəklər.
    • Eyni zamanda, CNN mənbələrə istinadən xəbər verir ki, israilli girovlar oktyabrın 11 və ya 12-də azad olunacaqlar.