İsrail ordusu atəşkəsin qüvvəyə mindiyini təsdiqləyib
Bu barədə İsrail ordusunun "Telegram" kanalında məlumat verilib

İsrail vaxtı ilə saat 12:00-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Qoşunların sülh sazişinə uyğun olaraq yenilənmiş dislokasiya xətlərinə keçdiyi bildirilir.
Bu, HƏMAS-ın girovları azad etməsi üçün 72 saatlıq geri sayımın başlanğıcını göstərir.