Aİ Xocalı görüşünə reaksiya verdi
Bu barədə Toivo Klaar "Tvitter" paylaşımında qeyd edib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb. T.Klaar bu barədə Tvitter paylaşımında qeyd edib. “Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.