XƏBƏRLƏR / Münaqişə

İsrail "Əl-Cəzirə"nin 5 əməkdaşını öldürdü

İsrail ordusu Qəzza zolağında Əl-Şifa xəstəxanasının yaxınlığında jurnalistlərin çadırına hücum edib

İsrail "Əl-Cəzirə"nin 5 əməkdaşını öldürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail "Əl-Cəzirə"nin səyyar müxbir məntəqəsinə hücum edib: 5 işçi öldü

    İsrail ordusu Qəzza zolağında Əl-Şifa xəstəxanasının yaxınlığında jurnalistlərin çadırına hücum edib. Əl-Cəzirə telekanalının iki müxbiri və üç operator öldürülüb. Onların arasında "Əl-Cəzirə" müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Kreike və operatorlar İbrahim Zaher, Məhəmməd Noufəl və Moamen Aliva da var.

    Bu barədə Qətər telekanalı məlumat yayıb.

    İsrail ordusu özünü ""Əl-Cəzirə" jurnalisti kimi təqdim edən terrorçunu" vurduğunu və raket hücumlarının təşkilinə görə məsuliyyət daşıdığını bildirib.