İranın hava limanlarında bütün uçuşlar ləğv edilib
İranın Mülki Aviasiya Təşkilatı açıqlayır YENİLƏNİB
14:09
"Əl-Cəzirə"nin verdiyi məlumata görə, İranın qərbindəki Mehrabad və Kermanşah Beynəlxalq Aeroportları bütün uçuşların "əlavə xəbərdarlığa qədər" ləğv edildiyini açıqlayıb.
Bu açıqlamalar İsrailin 8 iyun səhəri Tehrana, eləcə də İsfahana və Təbrizə hücum dalğasından sonra verilib.
İsrail və İran 7 iyunda hücumları bərpa ediblər ki, bu da aprel ayında atəşkəs elan edildikdən bəri ilk hücumdur. Hücumlara İsrailin Livanın paytaxtı Beyrutda İranyönlü Hizbullah hərəkatının üzvlərinə qarşı hücumları səbəb olub və Tehran da buna cavab verib.
***
11:32
Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar ləğv edilib.
İranın Mülki Aviasiya Təşkilatı Tehran şəhərində yerləşən Mehrabad və İmam Xomeyni hava limanlarından həyata keçirilən bütün uçuşların müvafiq bildirişədək dayandırıldığını açıqlayıb.
Təşkilat, həmçinin, ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.
1 dəqiqə