İrəvanda müxalifətlə polisin qarşıdurması başlayıb
Toqquşmalar Ermənistanın Xarici İşlər Nazirliyi qarşısında baş verir
İrəvanda Xarici İşlər Nazirliyinin binası yaxınlığında polislə nümayişçilər arasında toqquşma olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həbslərə başlayıb.
Etirazçılar polisə şüşə və müxtəlif əşyalar atır. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbslərə başlayıb.
Daxili İşlər Nazirliyindən “Armenia Today”a verilən məlumata görə, İrəvanda etiraz aksiyası keçirən 26 nəfər saxlanılıb.