XƏBƏRLƏR / Münaqişə

ABŞ Prezidenti Hörmüzun adını dəyişib "Tramp Boğazı" qoydu

Bu barədə Donald Tramp "Truth Social"da məlumat verib

ABŞ Prezidenti Hörmüzun adını dəyişib "Tramp Boğazı" qoydu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının şəklini "Truth Social"da "Tramp boğazı" başlığı ilə paylaşıb.

    Şəkildə Fars körfəzi və Oman körfəzinin xəritəsi göstərilir və tankerlərin sözdə "Tramp boğazı"ndan keçdiyini göstərir.

    Aprelin 29-da Amerika lideri bildirib ki, ABŞ nüvə razılaşması əldə olunana qədər İrana qarşı dəniz blokadasını ləğv etməyi planlaşdırmır.

    Bu arada, ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin hərəkətini təmin etmək məqsədilə yeni beynəlxalq koalisiyaya qoşulmaq üçün digər ölkələrə dəvət göndərib.

    Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

    Məlumata görə, Dövlət Departamenti ABŞ səfirliklərinə yeni dənizçilik təşəbbüsü barədə məlumat göndərib və diplomatlardan xarici hökumətləri qoşulmağa inandırmalarını istəyib.

    Qəzetin bildirir ki, ABŞ-ın rəhbərlik etdiyi yeni koalisiya iştirakçılara məlumat mübadiləsi aparmağa, diplomatik səyləri əlaqələndirməyə və sanksiyaların tətbiqinə kömək edəcək.